“Vulverhempton” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Selta”dan Fer Lopesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
“Vulverhempton” Fer üçün İspaniya klubuna 25 milyon avro ödəyəcək.
Lopes başa çatan mövsümdə La Liqada 17 oyunda 2 qol vurub.