RU

“İnter Mayami” Avropa komandasına qalib gələn ilk MLS klubu oldu

ABŞ-da keçirilən klublararası dünya çempionatında Portuqaliyanın “Portu” klubunu 2:1 hesabı ilə məğlub edən ABŞ-ın “İnter Mayami” komandası tarixi uğura imza atıb.

"Unikal" xəbər verir ki, Florida klubu rəsmi oyunlarda Avropa təmsilçisini məğlub edən ilk MLS komandası olub. Məlumatı “İnter Mayami”nin rəsmi saytı yayıb.

Qeyd edək ki, həmin qarşılaşmada hesabı “Portu” açsa da, sonradan 2 qol vuran ABŞ klubu əzmkar qələbə qazanıb. Komandanın heyətində Telasko Seqoviya və Lionel Messi fərqləniblər.

A qrupunda ilk 2 matçdan sonra aktivində 4 xalı olan “İnter Mayami” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. MLS təmsilçisi qrupda son oyununu iyunun 24-də Braziliyanın “Palmeyras” komandasına qarşı keçirəcək.

Избранный
4
unikal.az

1Источники