RU

Keçmiş məhkum 7 kq narkotiklə tutulub

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bərdə rayonunda keçmiş məhkumdan 7 kiloqram narkotik vasitə götürülüb.DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb.Onun yaşadığı ünvana baxıș zamanı yardımçı tikilidə 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran vətəndaşından əldə etdiyi müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
9
reyting.az

10Источники