RU

Gələcəyin müəllimləri məzun oldular ADPU da “Məzun günü”

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun günü” keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov vurğulayıb ki, dövrümüzdə müəllim yalnız bilik ötürən deyil, öyrənən, yenilənən, texnologiyalarla ayaqlaşan şəxsdir. Bu yolun əsas dayaqları kimi milli dəyərlərə sadiqlik, peşə səriştəsi, daim yenilənən bilik və bacarıqlar, rəqəmsal və dil kompetensiyaları ön plana çıxır.

Rektor qeyd edib ki, Pedaqoji Universitet müasir təhsilin tələblərini nəzərə alaraq bu yöndə davamlı işlər aparır, mövcud ixtisaslaşmaların təkmilləşdirilməsini həyata keçirir. Bu gün ADPU-da Azərbaycan, rus və ingilis bölmələri üzrə çoxşaxəli tədris həyata keçirilir, yeni ixtisaslar üzrə qəbul planı hər il yenilənir. Növbəti tədris ili üçün də qəbul planı artaraq bakalavriat səviyyəsində 2705 yerə (filiallarla birgə 3605), magistratura səviyyəsində isə 608 yerə çatıb.

Bu il universitetdən filiallar və Pedaqoji Kollec da daxil olmaqla ümumilikdə 4400-dən çox təhsilalanın məzun olması gözlənilir. Sevindirici haldır ki, bakalavr məzunlardan 1353 nəfəri magistraturaya ixtisas seçimi hüququ əldə ediblər. Əlli məzun xarici ölkələrin nüfuzlu universitetlərinə magistratura təhsili üçün müraciət edib və bu say artmaqdadır.

Çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə də gənc müəllimləri təbrik edərək, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb, cəmiyyətimizin gələcəyinin onların fədakar fəaliyyəti ilə üzvi surətdə bağlı olduğunu diqqətə çatdırıb.

Sonra universitetdə təhsil aldığı müddət ərzində yüksək akademik göstəriciləri və ictimai fəaliyyəti ilə fərqlənən bir qrup məzun fəxri fərmanla təltif olunub.

Bədii hissədə gənclərin sevimlisi olan müğənnilərdən Hiss (Röya Məmmədova), Mərdan Kazımov, Cavidan Fatihi və “Ayna Band” qrupunun ifaları “Məzun günü”nə xüsusi rəng qatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
2
azertag.az

3Источники