RU

Türkiyə avtobus TIR-a çırpılıb –13 nəfər yaralanıb

Sakaryada (Türkiyə) avtobus arxadan TIR-a çırpılıb.

İki sahil”in DHA-ya istinadla verdiyi məlumata görə, qəza yerli vaxtla saat 03:40 radələrində baş verib.

Bildirilir ki, İstanbuldan Dənizliyə gedən sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan TIR-ın sol arxa hissəsinə çırpılıb. Zərbənin gücündən TIR qarşısında hərəkətdə olan digər TIR-a çırpılıb.

Çağırış üzrə hadisə yerinə təcili tibbi yardım, jandarma və xilasetmə qrupları cəlb edilib.

Avtobusda sıxılmış vəziyyətdə qalan və yaralanan sərnişinləri xilas edən qruplar ilk müdaxilənin ardından Sakarya Təhsil və Araşdırma Xəstəxanasına aparıblar. Müalicə üçün aparılan 12 yaralıdan 2-nin ölüm təhlükəsinin olduğu deyilir.

Qəzadan xəsarət almadan sağ çıxan TIR sürücüləri ifadə dindirilmə məqsədi ilə polis bölməsinə aparılıblar.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
18
ikisahil.az

1Источники