RU

Sakit yemək və ondan həzz almaqVACİBDİR

Endokrinoloq Zuxra Pavlova yemək yeyərkən telefondan istifadənin insanı daha çox yeməyə vadar etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə Lenta.ru-ya müsahibəsində danışıb.

Pavlova qeyd edib ki, insan yemək zamanı videolara baxmağa, xəbərləri və ya mesajları oxumağa diqqətini ayırdıqda, beyni həm yemək yeməyə, həm də digər məlumatları tanımağa eyni dərəcədə yaxşı konsentrə ola bilmir. “Buna görə yemək şüursuz baş verir,” -  deyə həkim bildirib.

Onun sözlərinə görə, sakit yemək və ondan həzz almaq, yeməyin dadına, iyinə, teksturasına və görünüşünə fikir vermək vacibdir. Bu vəziyyətdə bədən daha sürətli toxluq hiss edir, bu da həddindən artıq yemək ehtimalını azaldır.

Aytəkin TOFİQQIZI

Избранный
21
1
redaktor.az

2Источники