RU

İranda güclü zəlzələ oldu

İranın şimalında 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Tehran, Semnan, Firuzkoh, Gilan və Qum şəhərlərində hiss olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 21:49-da baş verib. Zəlzələnin episentri Semnan şəhərindən 36 kilometr aralıda, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tasnim xəbər verir ki, təcili yardım xidmətlərinə tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

//Samir Qurbanov, Editor.az

 

Избранный
14
editor.az

1Источники