Tanınmış jurnalist Ağaddin Babayev Lənkəranda vəfat edib.
O, doğulub boya-başa çatdığı Şağlaser kəndində vəfat edib.
Dəfn mərasimi saat 10:00-da kənd qəbiristanlığında baş tutacaq.
1956-cı ildə anadan olan Ağaddin Babayevin hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olunub. Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Teatır Xadimlər İttifaqının üzvü olub.
Allah rəhmət eləsin.
APA