RU

Tanınmış jurnalist Ağaddin Babayev vəfat edib

Tanınmış jurnalist Ağaddin Babayev dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, o, 69 yaşında vəfat edib.

A.Babayev, həmçinin Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Teatr Xadimlər İttifaqının üzvü olub.

O, bu gün doğulduğu Şağlaser kəndində dəfn olunacaq.

Qeyd edək ki, Ağaddin Babayev 15 mart 1956-cı ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub. 1972-ci ildə Şağlaser kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə daxil olub və 1985-ci ildə oranı bitirib. 1974-76-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. Lənkəranın keçmiş Lenin adına sovxozunda fəhlə, Bakıda “Qırmızı Ulduz” İstilik-Elektrik Stansiyasında qazanxana maşinisti, Bakının Nərimanov rayon Kommunal təsərrüfatı şöbəsində fəhlə və briqadir, Lənkəran Dövlət Dram Teatrında ədəbi-dram hissə rəhbəri, “Lənkəran” qəzeti redaksiyasında müxbir və şöbə müdiri, “Bakinski raboçi” qəzeti redaksiyasında xüsusi müxbir, APA İnformasiya Agentliyinin və APA TV-nin cənub bürosunun rəhbəri vəzifələrində çalışıb.

A.Babayev, həmçinin pedaqoji fəaliyyətlə də məşğul olub. Uzun müddət Lənkəranın Şağlaser və Xarxatan kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edib.

Həmçinin o, əmək fəaliyyətini “Lənkəran” qəzeti redaksiyasında şöbə müdiri kimi davam etdirib.

A.Babayev 50 ildən çox bədii yaradıcılıqla məşğul olub. Hekayə, pyes və şeirləri, habelə rus və dünya ədəbiyyatından tərcümələri müxtəlif almanaxlarda, mətbu orqanlarında dərc olunub. Bir neçə pyesi və tərcüməsi Lənkəran və Mingəçevir Dövlət Dram Teatrlarında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Salyan Dövlət Kukla Teatrında tamaşaya qoyulub. İki kitab müəllifidir. Bir sıra ədəbi müsabiqələrin, o cümlədən dəfələrlə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi məqalə müsabiqələrinin qalibi olub.

Избранный
22
2
editor.az

3Источники