RU

Milli mətbuatın 150 illiyinə həsr edilmiş seminarlar

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında keçirilən seminarlar yekunlaşıb.

Medianın İnkişafı Agentliyi icraçı direktorunun müavini Natiq Məmmədli dünya jurnalistikasının keçdiyi əsas tarixi mərhələlər, Azərbaycanda milli mətbuatın yaranması və inkişaf prosesi, müasir media mühitində maarifçilik funksiyasının rolu, eləcə də media etikasının aktual çağırışları ətrafında geniş təqdimatlarla çıxış edib.

Qeyd olunub ki, jurnalistika sahəsi qədim dövrlərdən başlayaraq mütərəqqi inkişaf yolu keçir və hər dövrün özünəməxsus xüsusiyyətləri olur. Müasir dövrdə isə əvvəlkindən daha mürəkkəb mühitdə fəaliyyət göstərərək məlumat bolluğu və dezinformasiya ilə mübarizə kimi çağırışlarla üzləşir. Bu baxımdan seminar müasir və keçmiş jurnalistikanın tələblərini müqayisə etməklə yeni yanaşmaları dəyərləndirmək üçün böyük önəm dayışır.

İnteraktiv formatda təşkil olunan seminar zamanı real media nümunələri üzərində təhlillər, praktiki müzakirələr və fikir mübadiləsi aparılıb.

XQ

Избранный
10
21
xalqqazeti.az

10Источники