İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 23-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyanın paytaxtına getməyi planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə xarici işlər naziri ilə danışan “NBC News” kanalı məlumat yayıb.
“O (Əraqçı – red.) Vladimir Putinlə görüşmək üçün bazar ertəsi Moskvaya gedəcəyini söylədi”, – “NBC News”un jurnalisti Andrea Mitçel bildirib.