RU

Müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ Bu fənlər üzrə yüksək tələbat var

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda müəllim olmaq istəyən minlərlə namizəd üçün 2025-ci il mühüm mərhələ olacaq. Hər il olduğu kimi bu il də Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ölkə üzrə böyük maraqla gözlənilir. Artıq 70 minə yaxın namizədin qeydiyyatdan keçməsi, bu prosesin kütləviliyini və rəqabət səviyyəsini bir daha göstərir. 

Bəs görəsən bu qədər namizəd arasında kimlərin şansı daha çoxdur?

BAKU.WS-in əməkdaşı bu və digər suallara cavab tapmaq üçün təhsil üzrə ekspert Kamran Əsədovun fikirlərini öyrənib.

Ekspert bildirir ki, bu gün MİQ imtahanları yalnız pedaqoji təhsilli şəxslər üçün deyil, paralel ixtisaslarda oxuyub müəllim olmaq istəyənlər üçün də açıqdır. Bu isə bir tərəfdən təhsildə çeviklik yaratsa da, digər tərəfdən qeyri-peşəkar kadr axınına səbəb ola bilər.

"Yalnız fənn biliyi yox, pedaqoji və metodiki hazırlıq da əsas meyardır. İmtahanda uğur qazanmaq istəyənlər üçün bu amil vacib rol oynayır," – deyə Kamran Əsədov vurğulayır.

Ekspertin sözlərinə görə, statistik göstəricilər və vakansiya sayları əsasında bəzi ixtisaslar üzrə MİQ iştirakçılarının uğur şansı daha yüksək qiymətləndirilir.

Riyaziyyat

İnformatika

Fizika

İngilis dili

İbtidai sinif

"Bu fənlər üzrə həm yüksək tələbat, həm də yüksək bal toplayan namizədlərin sayı daha çoxdur. Məsələn, 2023-cü ildə ibtidai sinif üzrə imtahanda iştirak edənlərin 55%-dən çoxu keçid balını toplamışdı. Bu, kifayət qədər yaxşı göstəricidir," – deyə ekspert əlavə edir.

Bununla yanaşı, bəzi fənlər üzrə nəticələrin zəif olduğu da diqqət çəkir:

"Xüsusilə tarix, coğrafiya və biologiya üzrə nəticələr aşağıdır. Bu da namizədlərin hazır­lıq səviyyəsinin yetərli olmaması və istifadə olunan materialların proqramla tam uyğun gəlməməsi ilə bağlıdır," – deyə Kamran Əsədov qeyd edir.

Ekspert onu da vurğulayır ki, MİQ və sertifikatlaşdırma imtahanları son illərdə təhsil sistemində keyfiyyətin artırılması, müəllim peşəsinin nüfuzunun yüksəldilməsi və kadr seçiminin obyektiv meyarlarla həyata keçirilməsi baxımından mühüm rol oynayır.

Banu Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
baku.ws

2Источники