RU

Pakistan Trampı Nobel Sülh Mükafatına namizəd göstərdi

Pakistan hökuməti ABŞ Prezidenti Donald Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd irəli sürüb. Səbəb kimi Trampın Hindistan və Pakistan arasında son gərginlik zamanı göstərdiyi "diplomatik rol və liderlik" göstərilir.

Sherg.az xəbər verir ki, Baş Nazirlikdən yayılan açıqlamada bildirilir ki, Trampın iki nüvə dövləti arasında vasitəçiliyi genişmiqyaslı qarşıdurmanın qarşısını alıb və milyonlarla insanın taleyinə təsir edə biləcək münaqişəni önləyib.

Trampın bu rolu "həqiqi sülh elçisi" kimi qiymətləndirilib və onun Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla qlobal sabitlik üçün konstruktiv səylərini davam etdirməsi ümid edilir.
Избранный
11
1
sherg.az

2Источники