Bakı. Trend:
Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i, saat06:42-də daxil olub.
Trend-inməlumatına görə, bunu Bakı Dövlət Universitetinin Fizikafakültəsinin Astrofizika kafedrasından bildirilib.
Yer kürəsinin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ənkiçik bucaq yaranır və nəticədə Günəş səmada ilin ən yüksəknöqtəsinə çatır.
Bu gün Bakıda Günəş günorta vaxtı üfüqdən 73.1° hündürlükdə –maksimum yüksəklikdə görünəcək. Məhz bu səbəbdən bu gün ilin ənuzun gündüzü və ən qısa gecəsi qeydə alınır.
Gündüz 15 saat 3 dəqiqə 24 saniyə, gecə isə 8 saat 56 dəqiqə 36saniyə davam edəcək.
Yay fəslinin uzunluğu ümumilikdə 93 gün 15 saat 37 dəqiqə 5saniyə təşkil edəcək.