ABŞ İran yaxınlığında Səudiyyə Ərəbistanı və Küveyt sərhədlərinə iki "Lockheed C-5M Super Galaxy" hərbi-nəqliyyat təyyarəsi göndərib.
Publika.az xəbər verir ki, bu barədə "Flightradar24" xidməti məlumat yayıb.
Məlumata görə, ilk təyyarə iyunun 19-da axşam İtaliyanın Aviano aviabazasından havaya qalxıb, bundan sonra Səudiyyə Ərəbistanının Əl-Kharc şəhərinin cənubunda qeydə alınıb. Agentlik qeyd edib ki, altı saat sonra o, Avianoya uçub.
İkinci təyyarə iyunun 20-də səhər saatlarında Almaniyadakı ABŞ-ın Ramşteyn aviabazasından havaya qalxıb. Günortadan sonra təyyarə Küveyt üzərindəki hava məkanında, Səudiyyə Ərəbistanı ilə sərhədə yaxın Əl-Vəfra qəsəbəsi yaxınlığında qeydə alınıb.