Stenli kuboku uğrunda final seriyası davam edir.
"Football-plus.az" xəbər verir ki, 0:3 geri düşsə də, inanılmaz geridönüş reallaşdıran “Edmonton” seriyada hesabı bərabərləşdirdi – 2:2. Seriyanın iyunun 10-da keçirilən 3-cü oyununda “Florida” “Edmonton”u darmadağın etdi (6:1). 3-cü peridodda – hesab 5:1 olarkən hokkeyçilər kütləvi davaya başladı. Nəticədə hər komandadan üç oyunçu meydandan qovuldu.“Florida”nın baş məşqçisi Pol Moris bu oyundan sonra tarixə düşdü. Belə ki, o, MHL-in tarixi ərzində 1000 qələbə həddinə çatan üçüncü çalışdırıcısıdı. Morisə qədər MHL-də 1000 qələbə həddinə yalnız Skotti Boumen (1467) və Coel Kennevill (1090) çatmışdı. Morisin “Florida”dan əvvəl “Vinnipeq”, “Karolina” və “Toronto”nu çalışdırdığını da xatırladaq.
Bu arada MHL-in mətbuat xidməti pley-offda qeydə alınan ən güclü zərbələrin reytinqini hazırlayıb. Bu özünəməxsus reytinqin ilk pilləsində “Vinnipeq”in müdafiəçisi Kolin Miller qərarlaşıb. Onun zərbəsinin gücü saatda 99,7 milə (160,5 km/saat) çatıb.
7 iyun
Edmonton – Florida 4:5 2ОТ (3:2, 0:2, 1:0, 0:1)
Seriyada hesab – 1:1.
10 iyun
Florida – Edmonton 6:1 (2:0, 2:1, 2:0)
Seriyada hesab – 2:1.
13 iyun
Florida – Edmonton 4:5 OT (3:0, 0:3, 1:1, 0:1)
Seriyada hesab – 2:2.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта