ABŞ Prezidenti Donald Tramp ölkəsinin quru qoşunlarının İrana müdaxiləsi ehtimalı barədə danışmaq istəmədiyini bildirib.
“Quru qoşunları barədə danışmayacağam. Bu, istifadə etmək istədiyimiz sonuncu qüvvədir”, – deyə ABŞ lideri vurğulayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Tramp bu fikirləri Nyu-Cersidə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
D.Tramp etiraf edib ki, şəraitdən asılı olaraq, İsrail və İran arasında atəşkəsə dəstək verə bilər:
“Biz İranla danışıqlar aparırıq. Nə olacağını görəcəyik. Onlara vaxt verirəm, maksimum iki həftə”, – deyə o əlavə edib.