RU

"ABŞ İsrailə kömək etsə də, müharibəyə qatılmaqdan çəkinir" - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev son günlər dünyada baş verən proseslər, xüsusilə, İran-İsrail arasındakı gərginliklər fonunda Elchi.az-a müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, İsrailin İrana hücumundan bir həftə vaxt keçir, nələri müşahidə edirsiniz? Bundan sonra nələr baş verə bilər?

- Müşahidələrim ondan ibarətdir ki, müharibə daha dağıdıcı xarakter alır və tərəflərin hələ ki, müharibəni davam etdirmək imkanları var. ABŞ silah sursatla İsrailə kömək etsə də, müharibəyə qatılmaqdan çəkinir. ABŞ prezidenti Donald Trampın 80-ə yaxın yaşı var, qərar qəbul etməkdə çətinlik çəkir. Fikirləri çox qarışıq və ziddiyyətlidir. Həmişə demişəm ki, o, görünmək istədiyi qədər cəsarətli adam deyil. Fikrimcə, həm də Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Trampı başa salıb ki, qatışma, amma daxildə Trampa böyük təzyiq var.

- İran İsrailə daha dağıdıcı zərbələr endirsə, İsrail nüvə silahından istifadə edə bilərmi?

- Dövlətin mövcudluğuna təhlükə yaransa, İsrail böyük itkilərlə, dağıntılarla üzləşsə və ABŞ ona kömək etməsə, düşünürəm ki, İsrail tərəddüd etmədən İrana nüvə zərbəsi endirəcək.

- Azərbaycanın İrandakı müharibəyə hansısa formada qatılması mümkündürmü?

Избранный
11
1
publika.az

2Источники