RU

Müəllimlərin təkrar sertifikatlaşdırılması üzrə test imtahanı keçirilib

Yazını böyüt
Yazını kiçilt

İyunun 20-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.

Hafta.az xəbər verir ki, imtahanlar 18 şəhər üzrə 39 imtahan mərkəzində baş tutub. Ümumilikdə 3 300 müəllim iştirak edib və 90 faiz davamiyyət qeydə alınıb.

Qeyd edək ki, imtahan nəticələri ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna iyunun 20-si saat 19:00-dan etibarən start verilib. Müraciəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq müraciətlərini göndərə bilərlər.

Müraciətlərin qəbulu 72 saat (3 gün) ərzində davam edəcək. Şikayətlərin araşdırılmasından sonra yekun nəticələr elan olunacaq.

Избранный
5
1
hafta.az

2Источники