RU

Real ın ulduzu Fənərbaxça ilə bağlı qərarını verdi

ain.az, Metbuat saytına istinadən bildirir.

“Real Madrid”dən ayrılmaq üzrə olan Lukas Vaskes "Fənərbaxça"nın təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, Vaskes Türkiyəyə transfer olmaq istəmir. Bildirilir ki, bu səbəbdən transfer reallaşmayıb. Bundan əvvəl "Fənərbaxça"nın məşqçisi Joze Mourinyonun futbolçu ilə danışıqlar apardığı və onu razı salmağa çalışdığı irəli sürülmüşdü.

Qeyd edək ki, ötən mövsüm Lukas Vaskes "Real Madrid"in heyətində 52 matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun transfer dəyəri 3 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
8
1
metbuat.az

2Источники