RU

Pezeşkian İsraillə müharibənin bitməsinin şərtini açıqladı

İran Prezidenti Məsud Pezeşkian İsraillə müharibənin bitməsinin şərtini açıqlayıb. Metbuat.az xəbər verir ki, o müharibənin yekunlaşmasının yolunun düşmənin hücumlarını dayandırması olduğunu bildirib. Bu barədə Prezident sosial media hesabında açıqlama verib.

Pezeşkian, "Biz həmişə sülh və əmin-amanlığın tərəfdarı olmuşuq. Lakin indiki vəziyyətdə tətbiq edilən müharibənin sona çatmasının tək yolu düşmənin hücumlarını qeyd-şərtsiz dayandırması və sionist terrorçuların avantürizminə son qoyması üçün qəti zəmanətdir” - deyə bildirib. Qeyd edək ki, İranın ABŞ ilə danışıqlar apardığına dair xəbərlər dərc edilib.

Избранный
9
metbuat.az

1Источники