İran ordusu İsrailin komanda mərkəzlərinə, müdafiə sənayesi obyektlərinə, Nevatim və Hatzerim hava bazalarına zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, İranın raket hücumu nəticəsində Hayfa şəhərinin (İsrail) əsas limanı yaxınlığındakı binaların zədələndiyi bildirilib.
Şəhər merinin müavini Sarit Qolan-Şteynberqin sözlərinə görə, hazırda şəhər rəhbərliyi dəymiş ziyanı qiymətləndirir.