RU

Bunu hamı soruşur: Baş məşqçi seçimi niyə yubandı? - VİDEO

“Qarşıda “Sabah”ı çox önəmli hazırlıq planı gözləyir.

Burada hamı “Çelye” ilə çətin qarşılaşmaya çıxacağının fərqindədir.

Bir çoxları deyir ki, niyə baş məşqçi seçimi yubandı? Klub rəhbəri futbolu bilən, onun dərinliklərinə bələd olan birisidir.

O da qısa müddətin qalmasının fərqindədir. Təmsilçimiz rəqibinə elə də asan təslim olmayacaq”.

Bu açıqlama “Sportinffo TV”də yayımlanan “Futbol manşet” verilişinin eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist "Sabah"ı Avroliqada gözləyən sürprizlər haqda danışıb, Masazır təmsilçisinin daha çox Konfrans Liqasında irəli gedəcəyini təxmin edib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
12
2
sportinfo.az

10Источники