RU

Peskov atəşə razılaşmadığının səbəbini açıqlayıb

Kremlin sözçüsü Dmitri Peskov “Sky News” telekanalına müsahibəsində Rusiyanın Ukrayna ilə qeyd-şərtsiz atəşkəsə niyə razılaşmadığını şərh edib.

"Atəşkəs hərbi əməliyyatların dayanmasıdır. Amma Amerika demir ki, biz bütün tədarükləri dayandıracağıq. Böyük Britaniya da bunu demir. Fransa da demir. Problem budur", - Rusiya prezidentinin sözçüsü bildirib.

Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralından davam edir. İki ölkə arasında münaqişə həlli istiqamətində bir neçə dəfə razılığa gəlinsə də nəticə olmayıb.

Gülnar

Избранный
25
anews.az

1Источники