RU

Macarıstanlı müdafiəçinin transferini razılaşdırldı - Premyer Liqa təmsilçisi

“Bornmut”un müdafiəçisi Miloş Kerkez karyerasını “Liverpul”da davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı oyunçunun transferi bütün tərəflər arasında tam razılaşdırılıb.

Gözlənilir ki, Kerkez uzunmüddətli müqavilə imzalayacaq və tibbi müayinədən keçdikdən sonra rəsmi olaraq “Liverpul”un oyunçusu olacaq. Tibbi müayinə gələn həftə keçiriləcək və hər şey plana uyğun getsə, transfer rəsmiləşəcək.

Macar futbolçu son mövsümdə bütün turnirlərdə 41 oyuna çıxaraq, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
9
sportinfo.az

1Источники