RU

Tarixin ən böyük məlumat sızıntısı- İnternetdə 16 milyard şifrə sızdırıldı

Ajans.az xəbər verir ki, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Cybernews” saytının xəbərinə görə, ilin əvvəlindən aparılan araşdırmalar çərçivəsində hər biri on milyonlarla, bəziləri isə 3,5 milyarddan çox məlumat ehtiva edən 30 böyük məlumat bazasının məlumat oğurluğu proqramı (Infostealer) tərəfindən ələ keçirildiyi müəyyən edilib. Tədqiqatlar 30 verilənlər bazasında 16 milyarddan çox məlumatın olduğunu aşkar edib və bu, tarixdə ən böyük "məlumat pozuntusu" olub.
"Silah kimi istifadə edilə bilən böyük miqdarda kəşfiyyat" olaraq xarakterizə edilən bu məlumatların, "Facebook", "Google",  "GitHub", "Telegram" və bəzi dövlət xidmətləri kimi onlayn portallardakı hesablara daxil olmaq üçün istifadə oluna biləcəyi bildirildi.

Xatırladaq ki, may ayında dünya üzrə istifadəçilərə aid 184 milyon məlumatın ələ keçirildiyi və bunların da sözügedən 30 verilənlər bazasında aşkar edildiyi açıqlanıb.

Избранный
28
2
Ajans.az

3Источники