RU

Gənc Qazilər Birliyinin sədrinin həbs müddəti uzadıldı

BAKI, 20 iyun. TELEQRAF

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı isti yay orqanın vəsatətinə baxılıb.

Teleqraf xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində istintaq orqanın təqdimatı təmin olunub.

Hacı Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbirin müddəti 2 aya qədər uzadılıb.

Hacı Vəliyevin Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Избранный
22
5
teleqraf.com

10Источники