
Prezident İlham Əliyevin Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi zamanı qardaş ölkə ilə bağlı səsləndirdiyi fikirləri diqqətə çatdıran general-polkovnik K.Vəliyev ölkələr arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu və yüksək səviyyədə olduğunu qeyd edib. General-polkovnik K.Vəliyev hərbi institutda təhsil alan kursantlara öz üzərilərində daim çalışmaq və ixtisas hazırlığına xüsusi diqqət yetirərək peşəkar zabit kimi inkişaf etmək ilə əlaqədar tövsiyələrini verib, onlara xidmətlərində uğurlar arzulayıb. Sonda təhsilin daha keyfiyyətli təşkili ilə bağlı müdafiə nazirinin göstərişləri hərbi təhsil müəssisəsinin rəhbərliyinə çatdırılıb və aidiyyəti vəzifəli şəxslərə konkret tapşırıqlar verilib.


