Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib...
“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədə yazıb.
"Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfərə gedib. İstanbul beynəlxalq hava limanında baş naziri Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb", - o qeyd edib.
***
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibi açıqlanıb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, Ermənistanın hökumət başçısını xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan müşayiət edəcək.
Nümayəndə heyətinin tərkibinə Dövlət Mühafizə Xidmətinin rəhbəri Artur Qasparyan və digər rəsmi şəxslər də daxildir.
Poliqon.info