RU

İranda balkon etirazları başlayıb

İranla İsrail arasında müharibə başlayandan bir həfətədən çox keçməsinə baxmayaraq, ciddi etiraz aksiyaları diqqəti çəkməyib.

Tribunainfo.az xəbər verir ki, lakin dünəndən artıq onun yeni mərhələsinin başladığı müşahidə olunur.

Belə ki, bu ölkənin bir çox şəhərlərində, o cümlədən Tehranda “balkon etirazları” start götürüb. İnsanlar balkonlara çıxaraq, kütləvi şəkildə “Xamineyiyə ölüm”, “Rədd olsun rejim” şüarları səsləndirirlər.

Hökumət mənbələri isə prosesin kütləvi şəkil alacağı təqdirdə, problemlə üzləşəcəklərini deyirlər. Rəsmi qaynaqlara yaxın mənbələr bildirirlər ki, indiki məqamda aksiyaları genişlənməsi onları narahat edir.

Fərda Uğur

Избранный
10
tribunainfo.az

1Источники