RU

“Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzaladı

“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə imzalayıb.

Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, ötən mövsüm də komandanın heyətində yer alan Elçin Mustafayev və Turan Vəlizadə daha 1 il müddətinə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodriqeslə başa çatan müqaviləni yeniləyən, Bar Koen, Bruno Franko, Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Избранный
11
35
bakivaxti.az

10Источники