RU

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub (FOTO)

Bakı. Trend:

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində 13 yaşlı ZeynəbBabayevanın müəllifi olduğu “Zeynəbin sehrli dünyası” adlı sərgininaçılışı olub.

Trend xəbər verir ki,ekspozisiyada iştirak edənlər arasında Heydər Əliyev Fondununvitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəriArzu Əliyeva da olub.

Sərgidə gənc rəssamın təbiətə, heyvanlara, flora və faunaya olansevgisindən ilham alan əsərləri təqdim olunub. Zeynəb özəsərlərində gil, kətan sapları, parça kimi təbii materiallardanistifadə edərək, onları zəngin daxili aləmi və parlaq təxəyyülününyaratdığı obrazlara çevirib.

Tədbiri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru,Xalq rəssamı Səlhəb Məmmədov salamlayıcı nitqlə açıb. O, çıxışındagənc rəssamın işlərini yüksək qiymətləndirib və ona yaradıcılığındauğurlar arzulayıb. Qeyd edib ki, məhz belə uşaqlar gələcək milliincəsənətimizin əsasını təşkil edirlər.

O qeyd edib ki, Zeynəbin əsərlərində valehedici zövq vəyaradıcılığa heyrətamiz səy hiss olunur.

Bundan başqa, Xalq rəssamı ekspozisiyanın müəllifinə xüsusitəkliflə müraciət edib. Onu Azərbaycan Dövlət RəssamlıqAkademiyasına, Heykəltaraşlıq fakültəsinə dəvət edib.

S.Məmmədov vurğulayıb: “Səni Azərbaycan Dövlət RəssamlıqAkademiyasına – Heykəltaraşlıq fakültəsinə dəvət etmək istəyirəm.Gələrsən və orada peşəkar ustaların və fakültəmizin tələbələrininiş prosesi ilə tanış olarsan, habelə ab-havanı hiss edərsən. Əminəmki, bu sənin üçün ilhamverici amil və mühüm təcrübə olacaq”.

İştirakçılara və qonaqlara səmimi sözlərlə müraciət edən“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarəHeyətinin sədri Rüfət Mahmud da təşkilatçılara təşəkkürünü bildiribvə uşaq və yeniyetmələrin yaradıcılığına dəstəyin vacibliyinivurğulayıb.

Mərkəzin direktoru Anna İbrahimbəyova çıxışında müəssisəninmissiyası haqqında danışaraq bildirib ki, müəssisənin əsas məqsədigənc müəlliflərə özlərini ifadə etmək üçün şərait yaratmaq, onlarınyaradıcılıq potensialını inkişaf etdirmək və yeni kəşflərəruhlandırmaqdır.

Daha sonra tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədrmüavini Günay Əfəndiyeva çıxış edərək Zeynəb Babayeva¬nı ilksərgisi münasibətilə təbrik edib və onun böyük yaradıcılığındaparlaq gələcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, bu əsərlərmehribanlıq və istiliklə doludur. Onların əsas xüsusiyyəti sevgiilə yaradılmasıdır.

Tədbir zamanı Zeynəbin ideyanın yaranmasından vəheykəltaraşlığından tutmuş, hər bir heykəlin bəzədilməsi vəcanlandırılmasına qədər yaradıcılıq prosesini əks etdirən qısavideoçarx da nümayiş etdirilib. Tədbirin sonunda gənc rəssamqonaqların və uşaqların fəal iştirak etdiyi kiçik ustad dərsikeçirib.

AZƏRTAC-ın müxbiri ilə söhbətində Zeynəb Babayeva bildirib ki,o, kiçik yaşlarından heyvanlara xüsusi sevgi bəsləyir və məhz bubağlılıq onu sərgidə təqdim olunan əsərləri yaratmağa ruhlandırıb.Zeynəbin sözlərinə görə, o, bəzi eksponatları xüsusi qayğıyaehtiyacı olan uşaqlara hədiyyə etməyi arzulayır ki, yaradıcılıqsevincini onlarla bölüşsün.

“Sərgimin əsas ideyası insanlara heyvanları sevmək və onlarıqorumaq lazım olduğunu xatırlatmaqdır. Onlar Yer üzündəki ən təmizvə məsum varlıqlardır”, – deyə gənc rəssam bildirib.

Xalq rəssamı Səlhəb Məmmədov söhbəti davam etdirərək sərgi iləbağlı təəssüratlarını bölüşüb.

“Bu sərgi onun daxili dünyasıdır, işıqla, təbiətə qayğı ilə vəhər əsərində hiss olunan xüsusi saflıqla doludur”, – deyə Xalqrəssamı vurğulayıb.

Rəssam qeyd edib ki, Zeynəbin əsərləri heç bir şübhə doğurmur:onlar səmimi hislərdən, dərin müşahidə qabiliyyəti və zəngintəxəyyüldən yaranıb.

“Onun yaratdığı əsərlər onun ruhunu əks etdirir. Uşağın, xüsusəndə 13 yaşında olan birinin ruhu isə təəccüblü dərəcədə təmizdir.Məhz bu təmizlik, toxunulmazlıq və mehribanlıq onunkompozisiyalarında yaşayır”, – deyə Səlhəb Məmmədov izah edib.

Sonda rəssam Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə xüsusitəşəkkürünü bildirib:

“Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə uşaqlara özləriniifadə etmək imkanı yaratdığı üçün təşəkkür edirəm”.

Qeyd edək ki, sərgi Xalq yazıçısı Maqsud İbrahimbəyovun anadanolmasının 90 illik yubileyinin keçirilməsi haqqında AzərbaycanRespublikası Prezidentinin Sərəncamı çərçivəsində keçirilib.

Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Maqsud
Избранный
6
19
az.trend.az

10Источники