RU

Zaxarova: Bir neçə santimetr qalıb, fəlakət qopacaq

BAKI, 20 iyun. TELEQRAF

“İsrailin İran ərazisinə endirdiyi zərbələr səbəbindən dünyada nüvə fəlakətinin başlamasına santimetrlər qalıb”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Nüvə fəlakətindən, sözün əsl mənasında, bir neçə santimetr uzaqdayıq. Zərbələr davam edir, bilmirəm nə ilə ölçülür: santimetr, millimetr və ya metr. Ancaq bu zərbələr radioaktivliyə səbəb ola biləcək nüvə materiallarının saxlanıldığı obyektlərin yaxınlığında həyata keçirilir.

Nüvə materialları olan obyektlərə də zərbələr endirilir. Bu, real nüvə təhlükəsi deyilmi? Anladığınız kimi, radiasiya heç kimdən soruşmayacaq ki, sərhədi keçə bilər, ya yox. Bu, təkcə region üçün deyil, bütövlükdə bütün dünya üçün fəlakət olacaq”, - Zaxarova bildirib.

Избранный
63
50
teleqraf.com

10Источники