RU

“İnter Mayami”nin tarixinə düşdü – Messi

Lionel Messi “İnter Mayami”nin tarixinə düşüb.

Msport.az xəbər verir ki, argentinalı hücumçu klub tarixində 50 qol vuran ilk oyunçu olub.

Bu, klublararası dünya çempionatının qrup mərhələsinin II turunda “Portu” ilə oyunda (2:1) sonra reallaşıb. Argentinalı futbolçu bu görüşün 54-cü dəqiqəsində cərimə zərbəsindən fərqlənib. Bu, Messinin “İnter Mayami”nin heyətində 50-ci qolu olub.

Qeyd edək ki, ABŞ klubunun bombardirləri siyahısında Luis Suares (33) ikinci, Leonardo Kampana (32) üçüncüdür.

Избранный
25
3
msport.az

4Источники