RU

TNI: Rusiyanın “Yakutsk” sualtı qayığı NATO donanması üçün ciddi təhlükə yaradır

“Varşavyanka” layihəli “Yakutsk” sualtı qayığı 2025-ci il iyunun 11-də Rusiya Hərbi Dəniz Qüvvələrinə qoşulub. Sualtı qayıq bütün sınaqlardan keçib və hazırda Rusiya ordusunda xidmətdədir.

Herbiand.az bildirir ki, bu barədə “The National Interest” yazır.

Nəşr qeyd edir ki, “Yakutsk” müasir səs-küyün qarşısının alınması texnologiyaları ilə təchiz olunub.  O, Şimali Atlantika Alyansının donanması üçün ciddi təhlükə yaradan dünyanın ən gizli qeyri-nüvə sualtı qayıqlarından biri hesab olunur.

“Yakutsk” - ən müasir texnologiya sayəsində ultra aşağı səs-küy səviyyəsinə malik müasir dizel-elektrik sualtı qayıqdır. Bu səbəbdən ABŞ ordusu tərəfindən ona “Qara dəlik” ləqəbi verilib. “Yakutsk”un əsas missiyaları gizli patrul, xüsusi əməliyyatlar, torpedalar və “Kalibr” qanadlı raketlərindən istifadə etməklə dəniz və sualtı hədəflərin məhv edilməsidir.

““Yakutsk”un Hind-Sakit okean regionunda yerləşdirilməsi Rusiyanın bu gəlirli regionda öz maraqlarını təmin etməyə daha çox diqqət yetirmək niyyətində olduğunu göstərir”, - nəşr vurğulayıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
7
herbiand.az

1Источники