RU

AYNA: Hazırda şəhər və rayonlara 253 müntəzəm avtobus reysi fəaliyyət göstərir

Hazırda paytaxtdan ölkənin müxtəlif şəhər və rayonlarına 253 müntəzəm avtobus reysi fəaliyyət göstərir. Mövcud qanunvericiliyin tələbləri əsasında 178 reys üzrə müsabiqələr keçirilərək qalib daşıyıcılar müəyyən edilib.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a evrilən məlumata görə, bu müsabiqələr əsasında sərnişindaşıma fəaliyyətinə 67 yeni və müasir avtobus cəlb olunub. Bu isə avtobus parkının 22,5%-nin müasir nəqliyyat vasitələrilə əvəzlənməsi deməkdir.

Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr yekunlaşıb. Nəticədə mövcud avtobus parkının orta yaşı 21 ildən 10 ilə qədər azalıb.

Ölkənin şimal istiqaməti üzrə də bütün müsabiqələr bitib. Quba, Qusar, Xaçmaz, Xudat, Şabran və Siyəzən istiqamətləri üzrə reyslərə 19 yeni və müasir nəqliyyat vasitəsi cəlb olunub. Bu, avtobus parkının 22,6%-nin yenilənməsi deməkdir.

Paytaxtdan müxtəlif şəhər və rayonlara fəaliyyət göstərən reyslərin 92%-i onlayn bilet satışı üçün “biletim.az” portalına inteqrasiya olunub.

Избранный
15
7
korrespondent.az

9Источники