Argentinalı ulduz futbolçu Lionel Messi "İnter Mayami" klubunun tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı hücumçu klublararası dünya çempionatınnın ikinci turunda "Portu" ilə oyunda (2:1) fərqlənməklə buna nail olub.
"Opta"nın məlumatına görə, 54-cü dəqiqədə cərimə zərbəsindən fərqlənərək komandasının qələbə topunun müəllifi olan Messi "İnter Mayami" formasında 50-ci qoluna imza atıb.
Beləliklə, o, klub tarixində 50 qol vuran ilk oyunçu olub.
Qeyd edək ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"də oynayır.