RU

Turan Vəlizadə və Elçin Mustafayevlə yeni müqavilə

“Araz-Naxçıvan” daha 2 futbolçusunun – Turan Vəlizadə və Elçin Mustafayevin müddəti bu yay bitmiş müqaviləsini yeniləyib.

Arena.az bu barədə Muxtar Respublika təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, ptən mövsüm də bu komandanın heyətində yer almış Elçin Mustafayev və Turan Vəlizadə daha 1 il müddətinə “qırmızı-ağlar”ın formasını geyinəcəklər.

“Araz-Naxçıvan” daha öncə Kristian Avram, İssuf Paro, Tərlan Əhmədli, Ömər Buludov, Ürfan Abbasov, Ülvü İsgəndərov, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Qara Qarayev, Vanderson Melo, Nuno Rodriqes və Ramon Maçado ilə də yeni müqavilə imzalandığını açıqlamışdı.

Bar Kohen, Ba-Muaka Simakala və Bruno Frankonu transfer etmiş Naxçıvan klubu Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə də yollarını ayırıb.

Избранный
26
49
arena.az

10Источники