RU

Los-Ancelesdəki Milli Qvardiyanın nəzarəti Trampda qalacaq

Los-Ancelesdəki Milli Qvardiyanın nəzarəti Trampda qalacaq

ABŞ-da Apellyasiya Məhkəməsi Kaliforniya ştatına bağlı Los-Anceles şəhərinə yerləşdirilən Milli Qvardiya qüvvələrinin ABŞ Prezidenti Donald Trampın nəzarətində qalmasına qərar verib.

ABŞ-ın 9-cu Apellyasiya Məhkəməsi Los-Ancelesdə miqrasiya əleyhinə keçirilən etiraz aksiyalarına qarşı göndərilən Milli Qvardiyanın nəzarətinin ştat qubernatoruna qaytarılması barədə aşağı instansiya məhkəməsinin qərarını araşdırıb.

Üç hakimdən ibarət heyətin yekdilliklə qəbul etdiyi qərarda qeyd olunub ki, Tramp qvardiyanın nəzarətini federallaşdırarkən qanuni səlahiyyətindən istifadə edib.

Məhkəmə bildirib ki, prezidentlərin bir ştatın qvardiya qüvvələrinin nəzarətini ələ almaqda limitsiz səlahiyyətləri olmasa da, Tramp administrasiyası etirazçıların zorakılıq hərəkətlərini əsas gətirərək kifayət qədər sübut təqdim edib.

Məhkəmə qeyd edib ki, etirazçılar federal binalara ziyan vurub və azı bir federal binanın bağlanmasına səbəb olublar. Bu cür halların qarşısının alınmasında federal hökumətin marağının mühüm olduğu vurğulanıb.

Eyni zamanda, məhkəmə qərara alıb ki, federal qanunvericiliyin tələb etdiyi kimi Tramp Kaliforniya ştatının qubernatoru Qavin Nyusomu qvardiyanın federallaşdırılması barədə öncədən məlumatlandırmasa belə, Nyusomun prezidentin əmrinə veto qoymaq səlahiyyəti yoxdur.

Избранный
9
afn.az

1Источники