RU

Qax icra başçısı və müavinləri saxlanıldı – YENİLƏNİB

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərin hansı qanunsuz əməllərdə təqsirli bilindiyi məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qax Rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.

***

saat 15.22

Qax rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirib.

İlkin məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinləri saxlanılıb.

Bundan başqa, əməliyyat zamanı daha bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.

Избранный
9
8
heftelik.az

8Источники