"Real"ın hücumçusu Kilian Mbappe xəstəlikdən sonra komanda ilə birgə məşqlərə qayıdıb.
REPORTOR.tv xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, fransalı futbolçu məşqlərə qatılmasına baxmayaraq, hələ də tibbi nəzarət altındadır və oyuna tam hazır olması üçün bərpa prosesi mərhələli şəkildə davam etdiriləcək.
Mbappe virusa yoluxduğu üçün "Real"ın bir sıra məşqlərini, klublararası dünya çempionatında "Əl-Hilal"la ilk oyunu (1:1) və komandanın rəsmi fotosessiyasını buraxıb. Onun iyun 22-də keçiriləcək "Paçuka"ya qarşı ikinci tur oyununda iştirakı hələ də sual altındadır.
Publika.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта