RU

Gömrük Komitəsinin həbsdə olan sabiq vəzifəli şəxsinin cəzası azaldılıb

Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbsdə olan inspektoru Şahin İskəndərovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

FED.az xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara asasən, aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin cəzası 5 ildən 3 ilə endirilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin inspektoru Şahin İskəndərov qanunsuz əməllərinə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə ittiham elan edilib. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. (Apa)

Избранный
12
3
fed.az

4Источники