RU

1000 dən çox abituriyent qəbul imtahanının nəticəsindən NARAZIDIR

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən qəbul imtahanlarının birinci cəhdi başa çatıb və nəticələr açıqlanıb. İmtahanlarda 700 bal toplayan olmayıb.

Bəzi ekspertlər imtahanlarda istifadə edilən sualların çətin olduğunu düşünür, DİM isə iddiaları təkzib edib.

Qeyd edək ki, imtahanlardan sonra nəticələrlə bağlı narazılıq yaranarsa, iştirakçılar üçün apellyasiya hüququ mövcuddur. Bu proses imtahan nəticələrinin yenidən qiymətləndirilməsi və mümkün texniki və ya qiymətləndirmə səhvlərinin aradan qaldırılması məqsədi daşıyır.

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanındada iştirak edən 1000-dən çox abituriyent nəticələrdən narazıdır.

Onlardan 842 nəfəri III qrup, 207 nəfəri II qrupdan imtahan verib.

Xatırladaq ki, Hər iki qrup üzrə apellyasiya prosesi başa çatıb. Belə ki, imtahan nəticələri açıqlandıqdan sonra 1-3 iş günü ərzində apellyasiya üçün müraciət edilə bilər. Proses elektron qaydada, DİM-in rəsmi internet səhifəsində yerləşən şəxsi kabinet vasitəsilə həyata keçirilir.

Açıq tipli suallar üzrə müraciətlər zamanı apellyasiya komissiyası ilə üzbəüz görüş də mümkündür. Belə hallarda iştirakçıya dəqiq vaxt və tarix bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
1
modern.az

2Источники