RU

Emil Tağızadə müəllimlərin serifikatlaşdırma imtahanını tənqid etdi

Son günlər sosial şəbəkələrdə sertifikatlaşdırma imtahınında verilən suallar böyük müzakirələrə səbəb olub.TehsilForumu.Az bununla bağlı Emil Tağızadənin fikirlərii öyrənib.Emil Tağızadənin fikirlərinə görə müəllimlərin sertifikatlaşdırma imtahanı heç də şəffaf keçirilmir: "Mən onu deyə bilərəm ki, əgər Elm və Təhsil Nazirliyi həqiqətən də imtahanın şəffaflığından danışırsa, o zaman ölkənin ən böyük Təhsil platforması olan Təhsil Forumu sosial platformasına nəzər salsıalar, təhsilverənlərin əksəriyyətinin narazılığını müşahidə edəcəklər"."Nəzərinizə çatdırım ki, bizim hər fəndən 20 ədəd olmaqla hərəsində orta hesabla 800 - 1000 nəfərlik bütün fənlər üzrə votsap qruplarımız var. Həmin qruplar vasitəsilə  təhsilverənlər həm maariflənir, həm bilik səviyyəsini artırır, həm də müəllimlərin işə qəbul və sertifikatlaşdırma imtahanına yüksək səviyyədə hazırlaşırlar. Son 2 gün ərzində həmin votsap qruplarında və sosial şəbəkələrdə bir çox təhsilverənin sertifikatlaşdırma imtanında verilən suallar ilə bağlı narazılıqlarını görürük. Araşdırma nəticəsində məlum oldu ki, bir fənn üzrə sualların səviyyəsi çox asan, digər fənn üzrə sualların səviyyəsi hədsiz dərəcədə çətin və vaxt aparan suallar olub. Məsələn: sözü gedən 20 ədəd Azərbaycan dili və Ədəbiyyat fənni üzrə votsap qruplarından təxminən 80 faiz təhsilverən ya sualların çətinliyindən, ya da vaxta uyğun sualların tərtib olunmamağından narazılıq edir. Ancaq digər fənn olan Coğrafiya fənni üzrə votsap qruplarına və sosial şəbəkələrə nəzər saldıqda 80 faiz təhsilverən orta hesabla 45 - 60 bal topladığını müşahidə edirik. Bu səbəbdən də deyə bilərəm ki, sertifikatlaşdırma imtahanı heç də şəffaf keçirilmir. İmtahanın şəffaflığından o zaman danışmaq olar ki, bütün fənlər üzrə sualların səviyyəsi eyni olmalıdır. Yoxsa bir fənn üzrə suallar asan, digər fənn üzrə sualların çətin və yaxud vaxt aparan olması heç də düzgün deyil"."Bu yaxınlarda Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda 1 sualın səhv olması böyük müzakirələrə səbəb olmuşdur. Ancaq DİM həmin sualın səhv olduğunu etiraf etdi və sözü gedən sualı bütün abituriyentlərin xeyrinə qərar verdi. Ümid edirəm ki, Elm və Təhsil Nazirliyi tərəfindən də ictimai rəy nəzərə alınaraq Azərbaycan dili və Ədəbiyyat müəllimləri üçün yenidən imtahanın keçirilməsi üçün şərait yaradılacaq və bundan sonra olacaq digər fənn üzrə imtahanlarda bu kimi narazılıqların olmaması üçün suallara diqqət ediləcək".Aysu İ[email protected]

Избранный
13
tehsilforumu.az

1Источники