Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “The New York Post” nəşri etibarlı mənbələrə əsaslanaraq məlumat yayıb.
Bildirilib ki, Tramp Liviyanın sabiq lideri Müəmmər Qəddafinin devrilməsindən sonra ölkədə yaranmış xaosun təkrar olunmasından narahatdır.
Materialda qeyd olunur ki, Trampın Liviyanı tez-tez nümunə göstərməsinin əsas səbəblərindən biri də həmin ölkəyə hərbi müdaxilənin sonradan İran və Şimali Koreya kimi dövlətlərlə diplomatik danışıqları çətinləşdirməsidir.