RU

Natiq Məmmədli: Azərbaycan jurnalistikası fədakarlıq üstündə formalaşıb

"Dünyada jurnalistika biznes predmeti kimi yaranıb. Tacirlər öz aralarında sövdələşmək üçün qəzetlərdən resurs kimi istifadə edirdilər. Lakin Azərbaycanda jurnalistikanın yaranması belə baş verməyib".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələri üçün təşkil edilmiş "Azərbaycan mətbuat tarixi" və "Media etikası" adlı seminarda bildirib.

Jurnalist qeyd edib ki, Azərbaycan mətbuatı fədakarlıq nəticəsində formalaşdırılıb:

"Bizim media resurslarımız maddi gəlir əldə etmək məsələsinə fokuslanmayıb. Həsən bəy Zərdabi və onun timsalında digər böyük şəxsiyyətlər maarifçilik məqsədilə ciddi işlər görüb.  Jurnalistikamız beynəlxalq arenadan fərqli olaraq maddi dəyərlər üstündə yox, fədakarlıq nəticəsində formalaşdırılıb".

Əli Hüseynov

Избранный
12
1
bakivaxti.az

2Источники