RU

İtaliya İsrailə silah satışını dayandırıb

BAKI, TurkicWorld

7 oktyabrdan sonra İsrailə silah satışı həyata keçirilməyib.

TurkicWorld xəbər verir ki, İtaliya hökuməti İsrailin Qəzzaya başlatdığı genişmiqyaslı hücumlardan sonra bu ölkəyə silah ixracını dayandırdığını açıqlayıb.

Rəsmi açıqlamada 7 oktyabr 2023-cü ildən etibarən İsrailə yeni silah ixrac lisenziyalarının verilmədiyi bildirilib.

İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani parlamentdə bu barədə sualları cavablandırarkən konstitusiyanın 11-ci maddəsinə istinad edib. Həmin maddə İtaliyanın təcavüz müharibələrində iştirakını və bu tip münaqişələrdə silah tədarükünü qadağan edir.

Müdafiə naziri Guido Crosetto isə mart ayında verdiyi açıqlamada bildirib ki, 7 oktyabrdan sonra İsrailə silah ixracı ilə bağlı yeni heç bir icazə verilməyib. Daha əvvəl verilmiş lisenziyaların isə ya artıq istifadə olunduğu, ya da istifadəsi ilə bağlı ayrıca qiymətləndirmə aparıldığı vurğulanıb. Onun sözlərinə görə, bu lisenziyaların Qəzzada istifadə olunmadığı qeyd edilib.

İtaliyanın Baş naziri Giorgia Meloni də 2024-cü ilin oktyabrında parlament çıxışında hökumətin bu məsələ ilə bağlı tamamilə bloklama qərarı verdiyini açıqlayıb.

“Qəzzada əməliyyatlar başlayandan dərhal sonra hökumət yeni ixrac lisenziyalarının hamısını dayandırdı. Oktyabrın 7-dən sonra imzalanmış heç bir yeni razılaşma icra edilmədi. Bu mövqe bizim bəzi tərəfdaşlarımızla müqayisədə daha sərtdir.” - deyə o bildirib.

Qeyd edək ki, beynəlxalq insan haqları təşkilatları 7 oktyabr hadisələrindən sonra Qərb dövlətlərini İsrailə silah satışını dayandırmağa çağırmışdı. İtaliyada bu məsələ xüsusilə müxalifət tərəfindən parlament gündəminə gətirilmişdi.

Избранный
22
turkic.world

1Источники