Rusiyalı Anastasiya Trofimova və onun 11 aylıq qızı İtaliyada vəhşicəsinə qətlə yetirilib.
Publika.az xəbər verir ki, onların cəsədləri Roma parkında tapılıb. “Sky News TG-24” xəbər verir ki, işdə əsas şübhəli özünü kinorejissor kimi təqdim edən amerikalıdır.
“Rusiya diplomatları cinayətin təfərrüatlarını müəyyənləşdirirlər”, - Rusiyanın İtaliyadakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Andrey Xarçenko bildirib.
ABŞ vətəndaşı Anastasiya ilə münasibətdə olub və Reksala Ford və Frensis Kaufmanın adına sənədlər təqdim edib. Həmin şəxs qətldən sonra İtaliyadan qaçıb, lakin Yunanıstanda saxlanılıb.
Müəyyən edilib ki, ana və qız İtaliyaya Maltadan gəliblər, ehtimal ki, Trofimova özünü film prodüseri kimi təqdim edən amerikalı ilə tanış olub.