RU

Bakıda bu ünvanlarda “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Bakı. Trend:

21-22 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyinintabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən paytaxtda“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarka 2 günmüddətində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik”metro stansiyasının yanı) ünvanında saat 09:00-dan 19:00-dəkfəaliyyət göstərəcək.

Müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlərburada yerli kənd təsərrüfatı və qida məhsullarını satışaçıxaracaqlar. Yarmarkada satışa çıxarılacaq məhsullarınkeyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarətedəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yarananalıcılar Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalanabiləcəklər.

Yarmarkada ümumilikdə 20-yə yaxın regiondan 50-dən çox fermeriniştirakı gözlənilir. Fermerlər 150-yə yaxın çeşiddə kəndtəsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçünalternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərinitəbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təminetməkdir.

Qeyd edilib ki, yarmarkada iştirak edəcək fermerlər ödənişsizşəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təminolunacaqlar. “Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyənfermerlər +994 50 400 88 99 “Çağrı Mərkəzi” ilə əlaqə saxlaya və yayarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edəbilərlər.

Избранный
24
10
az.trend.az

7Источники