“Mançester Siti” Premyer Liqa tərəfindən 1,08 milyon funt sterlinq məbləğində cərimələnib.
Publika.az xəbər verir ki, cəriməyə səbəb klubun 2024/25 mövsümündə turnirin reqlamentini pozması,konkret olaraq, oyunların vaxtında başlanması və yenidən başlayışı ilə bağlı öhdəliklərə əməl etməməsi olub. Bu barədə İngiltərə çempionatının rəsmi saytında məlumat verilib.
Qeyd olunur ki, qayda pozuntuları 9 oyunda qeydə alınıb. Bunlar “Sauthempton”, “Tottenhem”, “Nottingem Forest”, “Mançester Yunayted”, “Vest Hem” və “Nyukasl”a ev oyunlarında, eləcə də “Kristal Pelas”, “Aston Villa” və “İpsviç”lə səfər qarşılaşmalarında baş verib. Ən uzun gecikmə 2 dəqiqə 22 saniyə təşkil edib.